Diş fircası haqqında və fircaların düzgün seçilməsi.

İnsanın sağlam həyat tərzində gigiyena xüsusi əhəmiyyətə malikdir. Ağız-diş təmizliyi, əl-dırnaq təmizliyini həyata keçirən vasitələr şəxsi olmalı və digər insanların bundan istifadəsinə icazə verilməməlidr. Diş fırçaları da belə vasitələr qrupuna daxildir və seçilərkən orqanizmin xüsusiyyətlərinə uyğun qaydada seçilməlidir.
Bu gün mağazalarda müxtəlif firmaların müxtəlif qiymətlərədiş fırçaları satılır. Mütəxəssislər bildirirlər ki,  hansı firma olur-olsun, ağız və diş sağlamlığı üçün diş fırçası 3 aydan artıq istifadə edilməməlidir.
Ümumiyyətlə, ağız təmizliyi üçün insanlar hər zaman axtarışda olublar. Hələ lap qədim dövrlərdə dişləri təmizləmək üçün budaq, quş tükü, heyvan sümükləri, kirpi tikanı və s. bu kimi təbii vasitələrdən istifadə edilib. İlk diş fırçası isə e.ə 3000-ci ildə qədim Misirdə qələm boyda ağac budaqlarının istifadəsi ilə tətbiq edilib. İslam dünyasında isə Salvador misvak ağacının budaqları ilk dəfə diş təmizləmək üçün istifadə olunub. Hazırda istifadə edilən diş fırçalarını xatırladan diş fırçası isə 1498-ci ildə Çində hazırlanıb. İlk diş fırçası patentini 1857-ci ildə Amerikada Vadsvorth alıb.
Stomatoloqlar bildirir ki, diş fırçaları sərtliyinə görə yumşaq, orta sərtlik və sərt olmaqla üç hissəyə bölünür.
 Sərt formalı fırçaları əsasən sağlam dişlərə və damağa sahib, eyni zamanda qoyma dişləri olan insanlar istifadə edə bilərlər. Bu formalı fırçalar damaqları maksimum masaj etdiyi halda, digər tərəfdən diş minasının aşınmasına və damaqların zədələnməsinə də səbəb olur. Buna görə də sərt fırçalardan ancaq qoyma dişləri olanlar istifadə edə bilərlər.
Ağzında qoyma dişi olmayanlar isə bir qədər yumşaq və elastik fırçalardan istifadə etməlidirlər.
 Orta sərtlikli fırçaların istifadəsi diş və damağı normal olan əksər insanlar üçün uyğundur.
 Yumşaq formalı diş fırçaları isə əsasən dişlərində yüksək qanaxma problemi olan şəxslər və uşaqlar üçün tövsiyə olunur. Fırçanın saçağı zədə, qaşınma, qanaxmanın

qarşısını almaq üçün lazımi qaydada istehsal edilməli, tutacağı ələ yatımlı olmalıdır.

Məlumata görə hazırda elektrik diş fırçaları da istehsal edilir ki, onlardan 1-2 həftədən artıq istifadə etmək olmaz.

toothbrushesÜmumiyyətlə, dişləri gündə 3 dəfə yumaq lazımdır. Axşam yatmazdan əvvəl dişlərin yuyulması gigiyenanın əsasını təşkil edir. Çünki axşam dişlər yuyulmazsa, dişlərdə olan qida qalıqlarında bakteriyalar törəyə bilər. Gün ərzində dişin dibində toplanmış qida qalıqları bakteriyaların kəskin artımına, daha sonra isə kariyesin yaranmasına, diş kökünün xəstəliyinə səbəb ola bilər.
Diş fırçaları tez çirkləndiyindən onların təmizliyinə ciddi riayət olunmalıdır. İstifadə edildikdən sonra diş fırçası isti suyun altında yuyulmalı və yalnız şaquli formada saxlanmalıdır. Fırçanı nəm halda bağlı futlyara qoymaq olmaz.
Diş fırçalarının yararlıq müddəti olmur, bu, onlardan necə istifadə edilməsindən asılıdır. Fırçadan qaydasında istifadə edildiyi halda 3 ay istifadə etmək mümkündür. Yeni diş fırçası ərpi köhnə fırçadan 25-30 faiz daha yaxşı təmizləyir. Tükləri deformasiyaya uğramış fırçalardan istifadə etmək olmaz.
girl-brushing-teeth-300x214Uşaqlara hələ kiçik yaşlarından diş fırçalamağı öyrətmək lazımdır. 3 yaşından sonra onlara diş fırçası almaq və fırçalamağı başa salmaq lazımdır. Uşaqlar üçün kiçik dişləri olan yumşaq fırça seçmək lazımdır və uşaqların diş fırçası hər ay dəyişdirilməlidir.
Qeyd edək ki, diş fırçası Nazirlər Kabinetinin 114 nömrəli qərarı ilə dəyişdirilməli olmayan malların siyahısına daxildir və onlar alındıqdan sonra dəyişdirilə və geri qaytarıla bilməz.
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti bildirir ki, diş fırçasından ortaq istifadə xüsusilə təhlükəlidir. Bu vəziyyət fırçalama əsnasında adamın diş ətinin qanamasıyla, diş fırçasında qalacaq tortaların xəstəlik bulaşdırma təhlükəsini ortaya çıxarır. Fərdlərin daşıdığı çox təhlükəli xəstəliklər bu yolla yayıla bilər. Diş fırçasının ortaq istifadəsi AIDS, hepatit və vərəm kimi ölümcül xəstəliklərin yayılma riskini ortaya çıxarır. Bu səbəblə qətiliklə diş fırçası adamın özünə aid olmalıdır və bir başqası tərəfindən istifadə edilməməlidir.

Комментариев пока нет.

Написать Комментарий

Ваша электронная почта не будет опубликована. Обязательные поля помечены *.