Dişlərin ağardılması

Müasir stomatologiyada mütəxəssislər tərəfindən  dişlərin ağardılması üçün müxtəlif metodikalardan istifadə oulnur. Lakin ev şəraitində də bəzi xalq təbabəti üsuların köməyi ilə dişləri ağartmaq mümkündür.  Bizim bu dəfəki məqaləmizdə bu üsullardan bir neçəsi barədə sizə məlumat təqdim edəcəyik.

  • Ağcaqayın ağacının quru oduncağı ocaqda yandırılır və dişlər onun külü ilə təmizlənir. Dişlərin bəyazlığı üçün həmin vasitələrlə yanaşı qida seçimində də diqqətli olmaq lazımdır (tünd çay, qəhvənin qəbulundan imtina edin).
  • 1 stəkan suda 1 ədəd hidrogen peroksid həbi həll edilir və ağız yaxalanır. Yaxşı effekt əldə etmək üçün proseduru həftədə 1-2 dəfə təkrarlamaq məsləhətdir.
  • Digər üsul: qulaq çöpü 3%-li hidrogen peroksidi məhlulunda isladılır və dişlər hər iki tərəfdən təmizlənir. Daha sonra dişləri yaxşı yaxalamaq lazımdır. Proseduru həftədə 1-2 dəfə etmək olar.
  • Təbii çay ağacı yağı çox yaxşı ağardıcı və antiseptik vasitədir. Dişləri diş pastası ilə təmizləyin və yaxalayın. Sonra diş fırçasının üzərinə 2-3 damcı yağ damızdırın və dişlərə yüngül sürtün, daha sonra yaxşı yaxalayın. Bu vasitə həm də dişlərdə və ağız boşluğunda mikrobları öldürür, diş daşı ilə mübarizə aparır.
  • Möhkəm və çiy tərəvəzlər diş minasına zərər vermədən təmizləyici və ləkəçıxarıcı kimi də istifadə edilir. Təzə alma, yerkökü, kərəviz, paxla və s. meyvə və tərəvəzlərin tərkibindəki sellüloza bakteriyaları aradan qaldıran təbii aşındırıcı lifdir. Qəhvə və ya üzüm suyu içdikdən sonra mütləq bir alma yeyilməsini vərdiş halına gətirmək lazımdır.
  •  Diş məcununa limonun efir yağından 1 damcı əlavə edin və dişləri təmizləyin. Bu dişlərin bəyazlığı ilə yanaşı ağızdan gözəl qoxu gəlməsinə səbəb olur.
  • Bir neçə ədəd aktivləşdirilmiş kömürün həbləri yaxşı əzilir, dişlər alınmış tozla təmizlənir (diş pastası ilə də qarışdırmaq olar). Bu proseduru 1 ay ərzində həftədə 1 dəfə etmək kifayətdir.

Nəzərə alın ki, Dişlərin xalq təbabəti üsulları ilə ağardılması həkim təyinatı ilə aparılmalıdır. Dişlərin hidrogen-peroksidə, yağ və ya kömürə necə reaksiya göstərəcəyi məlum olmadığına görə bəyaz dişlər əldə etmək əvəzinə diş emalı zədələnə bilər. Ona görə də həmin prosedurlardan istifadə etməzdən əvvəl stomatoloqla məsləhətləşmək yaxşı olar.

Hələ heç bir şərh yoxdur.

Şərh Yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir.