Dişlərin sağlamlığı üçün 5 qayda.

Təəssüf ki, dünya əhalisinin cəmi 10%-i sağlam diş əti və möhkəm dişlərlə öyünə bilər. Stomatoloqlar təsdiq edir ki, diş sağlamlığı 90% düzgün qulluq ilə təmin olunur.  Ağız boşluğunun düzgün və vaxtında aparılan gigiyenası stomatoloqun alətindən daha yaxşıdır.

Məqaləmizdə sağlam və gözəl dişlərə necə malik olmaq barədə sizə bir neçə məsləhət təqdim edəcəyik.
1. Hissiyyata nəzarət edin.
Ağız boşluğunun daha bir xoşagəlməz xəstəliyi – yüksək həssaslıqdır. Bəzi qıcıqlandırıcılara qarşı sağlam dişlərin ağrıması dişlərin hiperhəssaslığı deməkdir. Ağrı hissiyyatını tez aradan qaldırmaq və diş ətinin iltihabını azaltmaqda alüminium laktat tərkibli və ftor ilə zəngin olan diş məcunu kömək edə bilər. Onların tərkibinə diş minasını bərkidən unikal olaflur komponenti daxildir. Bu tərkibin sayəsində diş məcunu isti, soyuq, şirin və ya turş qıcıqlandırıcıların xoşagəlməz təsirini azaldır.

2. Dişlərinizi möhkəm təmizləyin.
Diş əti problemlərinin əsas səbəblərindən biri – bədnam diş ərpidir. Dişlərinizi müntəzəm şəkildə ondan təmizləyərkən gələcəkdə bir çox problemlərin qarşısını almış olursunuz. Diş səthini tam təmizləmək məqsədi ilə onun hər səthini 20 dəfədən az olmayaraq fırçalamaq lazımdır. Təmizləmə prosesi isə üç dəqiqədən az  davam etməməlidir. Düzgün diş fırçasını (müxtəlif bərklik dərəcəli, ideal girdələşdirilmiş qıllar, anatomik cəhətdən yoxlanılmış forması olan) seçmək çox vacibdir.

3. Düzgün qidalanın
Yediyimiz nə varsa, dişlərin və diş ətinin sağlamlığına birbaşa təsir edir. Misal üçün, ağ çörək və yağlı xəmirdən hazırlanmış yumşaq və özlü qida dişlərin üzərində mikrobların mənbəyinə çevrilən  “yapışqan” ərpin əmələ gəlməsinə səbəb olur. Odur ki, yağlı yeməkləri qida rasionundan mümkün qədər xaric etmək lazımdır. Hər dəfə qida qəbul edərkən təzə tərəvəzlərdən istifadə etmək çox yaxşı olardı. Yerkökü, çuğundur, turp, kərəviz gövdəsini çeynəyin – bu, dişləri mexaniki olaraq təmizləyəcək. Diş əti üçün təzə və şirin olmayan meyvələr də faydalıdır. Çox kobud qida ilə isə ehtiyatlı olmaq lazımdır.

4. Mikroblara rəvac verməyin.
Əksər hallarda diş ətinin iki xəstəliyi ilə üzləşirik – gingivit və parodontit. Gingivit – diş ətinin iltihabıdır. Vaxtında müalicə olunmadıqda o, tədricən parodontitə, yəni dişi əhatə edən bütün toxumaların iltihabına çevrilir. Diş məcununun tərkibində xlorheksidin olması yalnız bakteriyaları deyil, herpes virusu, göbələk infeksiyasını yatırdır, ağrıkəsici təsir göstərir. Alüminium laktat diş ətinin qanaması və boşalmasını aradan qaldırır, onu iltihabdan qoruyur və bərkidir. Bu komponentlərin birləşməsi ərpin effektiv və üsullu ləğv edilməsinə səbəb olur. Bu zaman mikrobların yığıntısı məhv olur. Beləliklə, həm gingivit, həm stomatit, həm də parodontitin qarşısı alınmış olur. Bundan başqa, yaxalayıcı maddələr ilə mikrobəleyhinə qarqaralar etmək də çox faydalıdır. Onlar diş ərpinin qarşısını effektiv şəkildə alır.  Onların tərkibinə daxil olan nanə yağının ətri isə nəfəsi təravətləndirir.

5. Təhlükəsiz ağardılmanı seçin.
Müəyyən yaşa çatdıqdan sonra  dişlərinin əzəli bəyazlığı ilə az adam öyünə bilər. Diş ərpi siqaret çəkmək və ya qəhvə içməkdən əsasə səbəblərdən biridir. Bu halda xüsusi diş məcunundan istifadə etmək  daha yararlıdır, çünki bu növ öastra bakterial ərpi effektiv şəkildə aradan qaldırır, dişləri kariyesdən qoruyur və diş minasını minerallaşdıraraq, siqaret çəkmə, çay və ya qəhvə içən zaman dişlərin  qaralması prosesini ləngidir.

Hələ heç bir şərh yoxdur.

Şərh Yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir.