DentalBlog.az – Azərbaycanın ilk ixtisaslaşdırılmış stomatoloji bloq!

Əziz dostlar,

Məmnuniyyətlə sizə bizim klinikanın rəhbəri Ağayev Imran Əli Ağa oğlunun redaktəsi altında olan www.dentalblog.az - Azərbaycanın ilk ixtisaslaşdırılmış stomatoloji bloqunu təqdim edirik.

DentalBlog.az – yüksək səviyyəli professional stomatoloqun xəstə ilə dialoqu, müasir stomatologiyanın aktual məsələlərinin müzakirəsi və yüksək ixtisaslı komandanın online məsləhətləridir.

Demək olar ki, hər birimiz həyatımızda ən azı bir dəfə stomatoloqa muraciət etmişik və hərdən lazımi məlumat olmadığına görə bizi maraqlandıran və ya həkimin mualicə üsulunun düzgünlüyünü qiymətləndirməyə yönəlmiş suallarımızı verə bilməmişik. Bizim bloq bu məqsədlə sizə kömək üçün nəzərdə tutulmuşdur.

Biz dişlərin müalicəsi və protezi, müasir müalicə üsulları haqqında maraqlı məqalələr dərc etməklə yanaşı, sizin üçün cərrahiyyə, parodontologiya, protezlər və stomatologiya dünyası haqqında çoxlu faydalı materiallar hazırlamışıq.

Bloq daim yenilənir. Biz sizin müasir stomatologiyanın bütün istiqamətlərindən xəbərdar olmağınızı istəyirik. Bizə muraciət edin, suallar verin, təcrübənizlə bölüşün və biz sizin üçün faydalı olmağa çalışacağıq və sizinlə ünsiyyətə şadıq.

Sizə və dişlərinizə sağlamlıq arzulayıriq!

Şərhlər - 8

Dental Blog üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir.