Bizim klinika həm ayrı-ayrı sahələr üzrə mütəxəssislərin, həm də konsiliumların (bir neçə mütəxəssisin birgə konsultasiyası) konsultasiya xidmətlərini təklif edir. Əgər xəstə özünün stomatoloji problemini dəqiq bilirsə, məsələn, ona dişlərin kariesinin müalicəsinin, yaxud yeni protezin lazım olduğundan xəbərdardırsa, onda birinci halda, konsultasiya məqsədilə stomatoloq-terapevtin, ikinic halda isə, protez həkiminin qəbuluna yazıla bilər. Xəstə hansı mütəxəssisin qəbuluna yazılmalı olduğunu bilmədiyi təqdirdə isə, konsiliuma yazılmaq tövsiyə edilir. Konsiliumda stomatoloq-terapevt, ptotez həkimi və cərrah iştirak edir. Həkimlər xəstəni diqqətlə dinləyir, bütün ağız boşluğunu müayinə edir, roentgen təsvirlərini nəzərdən keçirir və diaqnoz qoyurlar. Diaqnoz qoyulduqdan sonra, optimal plan və alternative müalicə variantları müəyyən edilir. Stomatoloqun konsultasiyasında xəstə müalicənin müddəti, ödənişi və zəmanəti barədə məlumatlandırılır.
Ноябрь 18, 2014
Çox gözəl ideyadir. Sizə işlərinizdə uğurlar arzu edirəm!
Ноябрь 19, 2014
Təşəkkür edirik, Lalə xanım.