Ev şəraitində diş ağrısının qarşısının alınması yolları

Əlbətdəki diş ağrısı zamanı edəcəyimiz ilk iş bu sahə üzrə mütəxəssisə müraciət etmək olmalıdır. Amma bəzən bu ağrılar ele bir şəraitdə və elə bir zamanda baş verir ki, diş həkiminə müraciət etməyə imkan yaranmır. Bu halda kömək edə biləcək vasitələrdən istifadə etmək lazımdır. Təəssüf ki, əksər insanlar vasitələri düzgün qaydada istifadə etmir. Bu məqaləmizdə diş ağrıları zamanı həkimə müraciət edənədək bu ağrıların qarşısını necə ala biləcəyimizi müzakirə edəcəyik. Sizə bir neçə üsulu təqdim edirik:
1. İlk öncə xalq təbabəti üsullarından istifadə etmək olar. Misal üçün,  hər 2 saatdan bir ağzınızı duz məhlulu ilə qarqara edə bilərsiz (2-3 çay qaşığı duz + 200-250 qr ilıq su). Və yaxud adaçayı (sürvə) otun dəmləməsi ilə qarqara (2 çay qaşığı ot 250 ml qaynar su ilə 15 dəq. ərzində dəmlənir və otaq temperaturuna qədər soyudulur) edə bilərsiz.

2. Bu üsullar kömək etmədiyi halda ağrıkəsici bir həb qəbul etmək olar Allergiyaya yol açmadığına əmin olduqdan sonra tox qarnına ağrı kəsici istifadə etmək. Qeyd edək ki, bu zaman ağrılar 10-30 dəqiqə sonra kəsəcək.
Qeyd: Ağrıkəsiciləri heç bir zaman ağrıyan dişin üzərinə qoymayın onu yalnız su ilə içərək qəbul edin.
3.  Diş ağrısı ilə birlikdə üz və çənə hissəsində şiş yaranarsa bu zaman həmin bölgəyə buzla kompres etmək həm ağrının həm də şişin qarşısını ala bilər.

4. Əgər diş ağrısına səbəb çürüklərdirsə bu zaman dişin çürük hissəsində toplanıb qalmış qıda artıqları təmizlənməsı və fırçalıanması məsləhət görülür.
Hətta diş ağrısı tam keçdiyi və ya azaldığı halda mütləq yaxın bir zamanda diş həkiminə müraciət edin! Diş ağrısından xilas olmağın ən yaxşı üsulu – keyfiyyətli və müasir diş pastaları ilə dişlərin gündə 2 dəfə düzgün təmizlənməsi və ildə 2 dəfə olmaqla stomatoloqun müayinəsindən keçməsidir.

Şərhlər - 9
  • Aylin
    dekabr 1, 2016

    Salam disim dehsetli derecede agriyir sehv etmiremse agil disim cixir agridan doze bilmirem cenem qirilacaq kimi hiss edirem agri dunenden baslayib ama bugun daha berk agriyir komek edin xais

  • Aylin
    dekabr 1, 2016

    xais edirem cavablandirin

    • admin
      dekabr 2, 2016

      Salam, Aylin xanım,

      çox keçmiş olsun, Allah şəfa versin, ağrı dayanılmazdırsa, gəlin baxaq, tibbi müdaxiləyə ehtiyac ola bilər.
      ünvan: Ak. Həsən Əliyev 116, metro Gənclikdən 11 nömrəli marşrutla gələ bilərsiniz. (012) 979; 051 979 00 00 ; 0552005369

  • Guler
    fevral 21, 2017

    Salam menim disim agriyir biraz yatanda dayanir yoxsa meni deli edir. Yemek cay sirniyyat yeyib ice bilmirem xais komek edin

    • dentalblog.az
      fevral 27, 2017

      Salam, Gülər xanım,

      çox keçmiş olsun, Allah şəfa versin. Həkim konsultasiyasına ehtiyac ola bilər. Ağrı çox güclüdürsə, zəhmət olmasa klinikamıza yaxınlaşın.
      ünvan: Ak. Həsən Əliyev 116, metro Gənclikdən 11 nömrəli marşrutla gələ bilərsiniz. (012) 979; 051 979 00 00 ; 0552005369

  • Gulay
    mart 6, 2017

    Salam.men dish ciharttirdim ama dishon ustu girlimishti koku galmishti oda chetinlikle bacardi hekim.iyne Vurandan sonra da ele orda shisdi sifetim.eve gelmishem aqrisi dayanmir shisde chekilmir bu neden olar

  • Gulay
    mart 6, 2017

    zehmet olmasa cavablandirardiz.

    • dentalblog.az
      mart 8, 2017

      Hörmətli Gunay xanım, Bizə müraciət etdiyiniz üçün təşəkkür edirik. Keçmiş olsun, amma sizi müayinə etməliyik, vəziyyəti canlı görmədən bir söz demək olmur. Gəlin baxaq, tibbi müdaxiləyə ehtiyac ola bilər. Birinci konsultasiya pulsuzdur. ünvan: Ak. Həsən Əliyev 116, metro Gənclikdən 11 nömrəli marşrutla gələ bilərsiniz. (012) 979; 051 979 00 00 ; 0552005369

  • ilhame
    iyul 18, 2017

    Salam menim qizimin 5 yaşi var dişi aqriyir döze bilmir xaiş edirem kömək edin

ilhame üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir.